Accessibility links

İran Azərbaycanında ana dili günü nümayişləri keçirilib


Ana dili günü münasibətilə İranın özündə də Azərbaycan dilində təhsil tələbi ilə kütləvi aksiyalar keçirilib.

Bu gün İran Azərbaycanının bir çox şəhərlərində nizami polis və ordu qüvvələrinin cəmləşdirilməsinə baxmayaraq, nümayişlər keçirilib. İlk aksiya Tehran universitetində baş tutub. Tehranda yaşayan jurnalist Səid Muğanlıdan orada baş verənlər barədə məlumat almışıq.

Zəncan Universiteti tələbələrinin universitetin həyətində keçirdiyi aksiyada isə İranda qeyri-fars millətlərin dilinə qoyulmuş yasaqlara orijinal formada etiraz bildirilib: piketçilər ağızlarını ağ parça ilə bağlayıb, əllərində Azərbaycan türkcəsində yazılmış plakatlar tutublar.

Səid Muğanlının sözlərinə görə, piket həbslərlə nəticələnib. Təbrizdə keçirilən aksiyanın bu saatlara qədər davam etdiyi bildirilir. Şərqi Azərbaycanın paytaxtından xəbərləri Təbrizli fəal Əmir Abbasdan almışıq.

Təbrizli fəallardan alınan məlumata görə, burada qeyri mütəşəkkil aksiyalarda şüarlar səsləndirilib. Qərbi Azərbaycanın müxtəlif şəhərlərində keçirilən aksiyalar və həbslər barədə məlumatı isə Amerikanın səsinin dinləyicilərinə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin üzvü Əlirza Quluncu çatdırıb.

Ərdəbildə fəallar son zamanlardan bəri Abbas Lisani meydanı adlandırılan Şəriəti meydanında toplaşıb. Səid Muğanlı Ərdəbildən aldığı məlumatları çatdırır.

Ərdəbildən aldığımız məlumatlara görə, dünən həbs olunmuş Ramin Sadiqi bu gün məhkəməyə aparılıb, sonra Ərdəbil zindanına yerləşdirilsə də, bir qədər sonra onu yenidən ETTELAAT-ın təcridxanasına çatdırıblar. Həbs olunanların ümumi sayı barədə hələ dəqiq məlumat yoxdur.

Reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG