Accessibility links

ABŞ Moskvanın narahatlığının əsassız olduğunu deyir


ABŞ milli təhlükəsizlik müşaviri Stiven Hadli və onun Rusiyalı həmkarı İqor İvanov Birləşmiş Ştatların keçmiş Varşava Paktı ölkələrində hava hücumundan müdafiə sistemi yerləşdirməsi planları ilə bağlı Moskvanın narahatlığını səngitmək üçün Rusiya paytaxtında danışıqlar aparır.

Bu günkü görüş Rusiya prezidenti Vladimir Putinin Birləşmiş Ştatları Polşa və Çex Respublikasında NATO hava hücumundan müdafiə sistemi yerləşdirmək planları ilə dünyada silah yarışını gücləndirməkdə günahlandrmasından bir neçə gün sonraya təsadüf edir.

Bu gün hər iki müşavir təhlükəsizlik məsələlərində fikir ayrılıqlarının olmasını etiraf edib. Lakin Rusiya mediası Hadliyə istinadən yazıb ki, Vaşinqton cənab Putinin tənqidini münaqişəyə dəvət kimi qəbul etmir.

ABŞ elçisi həmçinin vurğulayıb ki, planlaşdırılan sistem İrandan raket hücumlarından müdafiə məqsədi daşıyaraq, Rusiya üçün heç bir təhlükə daşımır.

XS
SM
MD
LG