Accessibility links

Təbrizdə ana dili  həyəcanı


Fevralın 21-də Təbrizdə Bazar ağzına toplaşmaq istəyən nümayişçilərin qarşısı polis və nizami ordu qüvvələri tərəfindən alındıqdan sonra güney Azərbaycan fəalları fevralın 22-də geniş kütləvi aksiya keçiriblər.

Həmin gün Təbriz stadionunda keçirilən futbol matçını görüş yeri təyin edən fəallar həm stadionda, həm də ordan çıxdıqdan sonra milli şüarlar səsləndiriblər.

Hadisələrin şahidi Təbrizli Məhəmməd Qaradağlının sözlərinə görə, hökumət stadiondan çıxanların etiraz aksiyasının qarşısını almaq məqsədilə futbol həıvəskarlarını evə aparmaq üçün onlarla avtobus təmin etsə də, insanlar piyada hərəkət etməyi üstün tutmuş və şəhər küçələri ilə milli şüarlar qışqıra qışqıra keçmişlər. Cənab Qaradağlı deyir ki, aksiya mütəşəkkil olmasa da, insanlar yüksək həmrəylik nümunəsi göstəriblər.

Lakin nümayişçilər Təbrizin müxtəlif hissələrində polis müqaviməti ilə də rastlaşıblar. Həbs olunanların dəqiq sayı bəlli deyil.

Nümayişçilərin əsas şüarları yaşasın Azərbaycan, Türk dilində mədrəsə olmalıdır hər kəsə, Ana dili olub. Təbrizlilərin əsas tələbi məktəblərdə və dövlət orqanlarında azərbaycan dilinin rəsmi status almasıdır.

Fars dilli mədrəsənin ikinci sinfində oxuyan balaca Şəlalənin arzusu azərbaycan türkcəsində təhsil almaqdır: "İstəyirəm mədrəsə türki olsun". Hələlik ana dilində yazıb oxumağı atasından öyrənən balaca Şəlalə arzusunu belə izah edir: "Türklərə əlaqəm var"

XS
SM
MD
LG