Accessibility links

Şimali Koreya rəsmisinin Birləşmiş Ştatlara səfər edəcəyi bildirilir


Cənubi Koreya xəbər agentliyi bildirir ki, Şimali Koreyanın nüvə danışıqlarında baş nümayəndəsi bir qədər öncə imzalanmış tərksilah anlaşmasını müzakirə etmək üçün gələn həftə ABŞ-a gələcək.

Yonhap xəbər agentliyi adı çəkilməyən mənbəyə istinadən bildirir ki, Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Kay Kvan Stanford Universitetində mühazirə demək üçün San Fransiskoya səfər edəcək. Bundan sonra isə o, Amerikalı həmkarı Kristofer Hill ilə görüşmək üçün Nyu Yorka gedəcək. Nə Şimalı Koreya, nə də ABŞ rəsmiləri xəbəri təsdiqləməyib.

XS
SM
MD
LG