Accessibility links

Vitse-prezident Dik Çeyni Pakistan və Əfqanıstana gözlənilməz səfərlər edib


Birləşmiş Ştatların vitse prezidenti Dik Çeyni gözlənilmədən Pakistan və Əfqanıstana səfərlər edib. O, Əl-Qaida terror şəbəkəsinin Pakistanın daxilində qruplaşdığı barədə ABŞ-ın narahatlığını prezident Pərviz Müşərrəfə çatdırıb. Vitse prezident Çeyni ilə prezident Pərviz Müşərrəf arasında keçən görüşün yalnız bəzi detalları açıqlanıb. Lakin Pakistan rəsmiləri bildiriblər ki, görüşdə Pakistanla Əfqanıstan arasında sərhəd bölgəsinin təhlükəsizliyinin yaxşılaşdırılması məsələsini müzakirə edilib. Cənab Çeyninin Pakistana və Əfqanıstana gözlənilməz səfəri Əl-Qaida terror şəbəkəsi və taliban yaraqlılarının Əfqanıstanda hücumlarının şiddətlənməsilə bağlı beynəlxalq icttimaiyyətin narahatlığının artığı vaxta təsadüf edir.
Pakistan rəsmilərinin bildirdiyinə görə, vitse prerzident Dik Çeyni Pakistanın terorizmə qarşı mübarizədə əməkdaşlığını alğışlayıb, lakin cənab Müşərrəfi bu sahədə daha çox iş görməyə çağırıb. Bu arada, Əfqanıstan rəsmiləri buildirirlər ki, cənab Çeyni ilə prezident Həmid Karzay arasında görüş təxirə salınıb. Hökumətin sözçüsü bildirib ki, güclü qar vitse-prezidentin vertolyotunun ABŞ-ın Baqram hərbi bazasından Kabilə qədər 50 kiometrlik yolu qət etməsini təhlükəli edir.
XS
SM
MD
LG