Accessibility links

Neqroponte vəzifəsinin icrasına başladı


Con Neqroponte and içərək ABŞ Dövlət katibinin müavini vəzifəsinin rəsmi icrasına başlayıb. Dövlət Departamentində andiçmə mərasimində iştirak edən prezident Buş cənab Neqropontenin işinə yüksək qiymət verib.

Cənab Buş deyib ki, Dövlət katibinin müavini kimi vacib bir vəzifəni tutması Con Neqropontenin geniş təcrübəsi və güclü mühakimə qabiliyyətinin sayəsində mümkün olmuşdur. Prezidentin bildirdiyinə görə, Dövlət katibinin müavininin ABŞ-ın xarici siyasət kursunun müəyyənləşməsində mühüm rolu olacaq. Dövlət katibi Kondoliza Rays Con Neqropontenin çox yaxşı bir lider olacağına inandığını bildirib.

Geniş diplomatik təcrübəyə malik cənab Neqroponte ABŞ-ın BMT-dəki və İraqda səfiri olmuşdur. Dövlət katibinin müavini vəzifəsindən öncə Con Neqroponte ABŞ-ın ilk kəşfiyyat direktoru vəzifəsində çalışmışdır.

XS
SM
MD
LG