Accessibility links

İraqla qonşu ölkələr görüş keçirəcək


İraqın xarici işlər naziri Hoşyar Zebari bildirib ki, ABŞ və Britaniya nümayəndələri İraqda zorakılqıların qarşısının alınması məqsədi ilə qonşu ölkələrlə təşkil ediləcək yığıncağın iştirakçısı olacaq. Röyter xəbər agentliyinə müsahibə verən nazir görüşün mart ayının ortalarında keçiriləcəyini bildirib. O deyib ki, görüş Suriya və İran da daxil edilməklə, qərb və regional qüdrətlər, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünü bir araya gətirəcək.
XS
SM
MD
LG