Accessibility links

Birləşmiş Ştatlar Xocalıda mülki vətəndaşların qətllərini qınayıb


Birləşmiş Ştatların Dövlət Departamenti 15 il bundan əvvəl Xocalıda mülki vətəndaşların qətllərini qınayıb. Dövlət Departamentinin sözçüsü Şon Makkormak bunu Azərbaycan icmasının Kondoliza Raysa ünvanlandığı məktubu şərh edərkən bəyan edib.

Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan icmasının nümayəndələri Dövlət katibi Kondoliza Raysa ünvanlanmış məktubda ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə daha artıq diqqət verməsini istəyiblər. Məktub Ermənistanın Azərbaycanın Xocalı şəhərində yüzlərlə insanın ölümülə nəticələnmiş hərbi hücumunun 15 illiyi münasibətilə xanım Raysa göndərilmişdir.
ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak brifinq zamanı məktubun Kondozolia Raysa ünvanlandığından xəbərdar olduğunu bildirərək bəyan edib ki, Birləşmiş Ştatlar 15 il undan əvvəl baş vermiş faciəli hadisələrə görə kədər hissi keçirir və mülki vətəndaşların qətllərini qınayır. Şon Makkormak deyib ki, “biz faciə qurbanlarının ailələri və dostlarına başsağlığı veririk”.

Şon Makkormak gələcəkdə belə insan tələfatlarının qarşısının alınması üçün Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə ədalətli həllinin vacibliyini vurğulayıb. O, rəsmi Vaşinqtonun Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ATƏT-in Minsk qrupunun həmsədlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə sadiq qaldığını bəyan edib.

XS
SM
MD
LG