Accessibility links

Amerika birjalarında səhmlərin qiyməti sürətlə qalxmağa başlayıb


Bu gün səhər Amerika birjalarında səhmlərin qiyməti sürətlə qalxmağa başlayıb. ABŞ Maliyyə Naziri Ben Bernanke Konqres komitəsini əmin edib ki, Amerika bazarları normal və yaxşı fəaliyyət göstərir. Bu son olaylar Çin birjasının səhm kurslarında baş verən kəskin enişdən sonra baş verir.

Bu gün səhər sessiyasında Yaponiyanın Nikkey 225 indeksi 3,5% aşağı düşüb. Honq Konqun Hanq Senq indeksi 3%, Fillippindəki Streyts Tayms indeksi isə 4%-dən çox aşağı düşüb.

Dünən Şanxayda başlamış dünya miqyaslı aksiyalar satışı nəticəsində, buradakı aksiyalar indeksi son 10 il ərzində ilk dəfə olaraq 9% enib. Birləşmiş Ştatlardakı Uoll Street birjası isə 2001-ci il sentyabrın 11-i terror hücumundan sonra bir gün içində ən böyük itkiyə məruz qalıb.

Honq Konqdakı South China Brokerage şirkətinin vitse-prezidenti Hovard Gorges deyir ki, investorlar Çin və ABŞ iqtisadiyyatındakı mümkün durğunluqdan narahatdır. Cənab Gorgesin sözlərinə qörə, aksiyaların satışı son zaman bazardakı yüksək fəallıq nəticəsində vəsaitlərin həddindən artıq mərkəzləşdirilməsinə işarə edə bilər. Digər tərəfdən, Şanxay birjasında vəziyyət bu gün yaxşılaşmağa başlamışdır.

XS
SM
MD
LG