Accessibility links

Ramzan Kadırovun Çeçenistan prezidentliyinə namizədliyi təsdiq edildi


Çeçenistan qanunvericiləri Rusiya prezidenti Vladimir Putinin prezidentliyə nominasiya etdiyi Ramzan Kadırovun namizədliyini təsdiq edib. Parlamentin hər iki palatası tərəfindən səsvermə bu gün keçirilib. Nəticədə 30 yaşlı namizəd yekdilliklə təsdiq edilib. Rusiya prezidenti Putin Kadıroun namzidəliyini dünən irəli sürmüş, onun baş nazir kimi Çeçenistanın yenidənqurulmasında əvəzsiz rol oynadığını demişdi. Rusiya və beynəlxalq insan hüquqları qrupları Ramzan Kadirovun təhlükəsizlik qüvvələrini insan hüquqları sahəsində ciddi pozuntulara yol verdiyində günahlandırır.
XS
SM
MD
LG