Accessibility links

Rusiya Israilin təndiqləri ilə üzləşib


İsrail Rusiyanın Suriyaya müasir tanklar və hərbi təyyarələrə qarşı raket sistemlərinin satışı barədə planlarını kəskin şəkildə tənqid etmişdir. İsrail xəbərdarlıq verib ki, silah satışı Yaxın Şərqdə radikal elementləri qücləndirəcək və reqionda vəziyətin qeyri-sabitliyinə yol açacaq. İsrail rəsmiləri bildiriblər ki, son nəticədə bu qurğular Livandakı islamçı Hizbullah yaraqlı qrupunun əlinə keçəcək. Keçən il Livan müharibəsi zamanı Hizbullah qrupu İsrail ərazisinə 4 mindən artıq raket atmışdı. İsrail və Birləşmiş Ştatlar Hizbullahın bu silahlarla Suriya və İran tərəfindən təmin edildiyini bildirir.

XS
SM
MD
LG