Accessibility links

Uoll Stritdə maliyyə fırıldağı aşkarlanıb


ABŞ təhqiqatçıları 1980-ci illərdən bəri Uoll Stritdə ən böyük maliyyə fırıldağını aşkar ediblər. Rəsmilər bu maxinasiyalardan 15 milyon dollar qazanıldığı güman edilən 13 nəfəri həbs ediblər. Həsb olunanlardan bəzi Uoll Stritin ən ali banklarını təmsil edirlər.

Bank of America, Morqan Stənli və UBS-in bir sıra işçiləri bu gün qeyri-qanuni ticarət, konspirasiya, fırıldaq və rüşvət maddələri üzrə ittiham olunublar. İttiham olunanların sırasında UBS-in səhmlər üzrə icraçı direktoru Maykl Quttenberq var. Rəsmilərin dediyinə görə, cənab Quttenberq ticarətçilərə şirkətin səhmlərində olan dəyişikliklər haqda məlumat verib. Təhqiqat bir il bundan öncə başlayıb.

XS
SM
MD
LG