Accessibility links

14 yaşlı fəal yeni məhkəməsini gözləyir


Ötən il ərzində 2 dəfə həbsdə olmuş, bir dəfə də qısamüddətli saxıanılmış 14 yaşlı Təbrizli Məhəmmədrza Əvəzpur yenidən məhkəməyə çağırılıb. Ilk dəfə hər iki qardaşı ilə bərabər May nümayişlərindən əvvəl həbs olunan Məhəmmədrza onlara qarşı irəli sürülən ittihamları anlamadığını deyir.

Məhəmmədrza Əvəzpur həbs zamanı işgəncələrə məruz qaldığını deyir. Amma fiziki və ruhi işgəncələrə məruz qalan Məhəmmədrzanın şikayəti evindən axtarış zamanı aparılan kitabların qaytarılmamasındandır.

Yalnız dövlət təbliğatı ilə bağlı kitabları qaytarılan Məhəmmədrza Əvəzpurun gözlənilən məhkəməsi də oxuduğu ədəbiyyatla bağlıdır. Yeniyetmə fəalın sözlərinə görə, onu həbs gözləyir.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG