Accessibility links

Amerika veteranlarının səhiyyə xidmətlərinin araşdırılmasına dair komissiya təsis ediləcək


ABŞ senatoru Co Liberman Amerika hərbiçilərinin səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına çağırıb. Bu çağırış Vaşinqton şəhərindəki hərbi xəstəxanada pis müalicə ilə bağlı baş qaldıran qalmaqaldam sonraya təsadüf edir. ABŞ prezidentinin radio müraciətinə cavab olaraq, senator Liberman bildirib ki, Amerika Birləşmiş Ştatları hərbi qulluqçuların yaralanqdıqdan sonra deyil, ömürləri boyu tibbi xidmətlərlə təmin edilməsinin məsuliyyətini daşıyır. Prezident Corc Buş radio müraciəti zamanı hərbi veteranların səhiyyə xidmətlərinin araşdırılması məqsədi ilə hər iki partiya üzvlərinin iştirakı ilə komissiya yaradılacağını elan edib.

XS
SM
MD
LG