Accessibility links

Danimarkada yüzlərlə insan nəzarət altına alınıb


Danimarka polisi bu gün paytaxt Kopenhagendə iki gecə davam edən qarşıdurmaların iştirakçılarının evbəev axtarışını aparıb. Fransanın xəbər agentliyinin məlumatında deyilir ki, zorakılardan sonra həbs edilən 188 nəfərə bu gün nəzarət altına alınan 190-dan artıq adam əlavə edilib. Qeyri-qanuni şəkildə yaşayış binasına məskunlaşan insanların oradan çıxarılmasına etiraz olaraq bu gün daha iki nümayiş təşkil edilib. Cümə axşamından etibarən polis tərəfindən əksəriyyəti gənclər olmaqla 400-dən artıq adam nəzarət altına alınıb.

XS
SM
MD
LG