Accessibility links

Əlcəzairdə bir rus işçisi həlak olub


Rusiyanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Əlcəzairdə bomba partlayışı bir rus neft işçisi və onun 3 əlcəzairli həmkarının ölümünə səbəb olub. Nazirlik onların avtobusunun bu gün paytaxt Əlcəzairdən 130 km cənub-qərbdəki bir yolda iki mina üzərindən keçdiyini bildirib. Avtobusda Rusiya şirkətinin 21 əməkdaşı olub. Aralarında ukraynalı və ruslar olmaqla bir neçə adamın xəsarət aldığı xəbər verilir. Rusiyanın Xarici İşlər Nazirliyi hadisəni terror aksiyası kimi qiymətləndirib.

XS
SM
MD
LG