Accessibility links

Asiya-Sakit Okean Birliyi yığıncaq keçirir


Asiya Birliyi terrorizmə qarşı aparılan mübarizədə bəzi nailiyyətlərin əldə edilməsi fikri ilə razılaşsalar da, İslam yaraqlılarının taktikalarını dəyişərək, yeni startegiyalar qurduğunu və terror fəaliyyətinə yeni insanlar cəlb etdiklərini deyir.

Altı üzvdən ibarət Asiya-Sakit Okean Birliyi bu gün regionda terrorizmə qarşı yeni əməliyyatlarla əlaqədar iki günlük yığıncağa başlayıb. Avstraliyanın xarici işlər naziri Aleksander Dovner terroristlərin yeni hücumlarına qarşı əməliyyatların gücləndirilməli olduğunu deyib.

Konfransa ev sahibliyini İndoneziya və Avstraliya edir. Qeyd edək ki, 2002-ci ildə Cəmah İslamiyyə qrupunun İndoneziyanın Bali adasındakı otelə bomba hücumu nəticəsində çoxu Avstraliya turistləri olmaqla, 200-dən çox adam həlak olmuşdu.

İndoneziyanın xarici işlər naziri Həssən Virajuda isə terror hücumlarının regionda təhlükəsizliyə və iqtisadiyyata mənfi təsir göstərdiyini deyib. Yığıncaqda eləcə də, Malayziya, Sinqapur, Tailand və Əbu Səyyaf adlı ekstremist qrupa qarşı mübarizə aparan Filippin da iştirak edir.

XS
SM
MD
LG