Accessibility links

Mülki vətəndaşların təsadüfən öldürüldüyü deyilir


Əfqanıstan rəsmiləri bildiriblər ki, ölkənin şimal şərqindəki Kapisa vilayətində NATO qüvvələrinin yaraqlılarla döyüşü zamanı hava hücumu nəticəsində 9 mülki vətəndaş həlak olub. Ölənlərdən beşinin qadın, üçünün isə uşaq olduğu bildirilir. Rəsmilər deyirlər ki, əməliyyat yaraqlıların dünən axşam NATO-nun hərbi hava bazasına hücumundan sonra başlamışdır. Birləşmiş Ştatların hərbi qüvvələrinin sözçüsü insidentlə bağlı məlumat verməmiş, lakin istintaq aparıldığını demişdir.

Digər bir xəbərdə isə bildirilir ki, Nanqahar villəayətində də ABŞ və Əfqan hərbi qüvvələri ilə yaraqlılar arasında toqquşma nəticəsində azı 9 nəfər mülki vətəndaş ölüb.

XS
SM
MD
LG