Accessibility links

ABŞ Konqresində İraq cədvəli hazırlanır


ABŞ Nümayəndələr Palatasında demokratların rəhbərləri İraqdakı ABŞ qüvvələrinin 2008-ci ilin axırına qədər geri çəkilməsini nəzərdə tutan bir təklif özərində işləyirlər.

Bu gün Nümayəndələr Palatasının demokrat üzvlərinə təqdim ediləcək sənəddə İraq hökuməti müəyyən öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə ABŞ qüvvələrinin bu ölkədən geri çəkilməsinin vaxt cədvəli təklif edilir.

Belə öhdəliklərin siyahısına İraq xalqının təhlükəsizliyinin təminatı və ölkənin neft gəlirlərindən ədalətli istifadə barədə planın hazırlanması daxildir.

XS
SM
MD
LG