Accessibility links

ABŞ və Braziliya alternativ enerjiyə dair razılıq imzaladı


Birləşmiş Ştatlar və Braziliya Mərkəzi Amerikada və Karib ölkələri ərazisində şəkər qamışından etanol yanacaşı isethsalının genişləndirilməsinə dair razılıq imzalayıblar. Bioyanacaq istehsalı məsələsi bu gün Prezident Buş və onun braziliyalı həmkarı Luzi İnacio Lula da Silva arasında San Pauluda keçən görüşdə müzakirə olunub. Sənədə ABŞ dövlət katibi Kondoliza Rays və Braziliyanın xarici işlər naziri Seoso Amorim imza atıblar. İmzalanma mərasimi zamanı çıxış edən prezidentlər deyiblər ki, bu razılıq Braziliyada yeni iş yerlərinin yaradılmasına, ətraf mühitin təmizlənməsinə və neftdən asılılığın azalmasına kömək edəcək. Dünya üzrə etanolun 75 fazini Amerika Birləşmiş Ştatları və Braziliya istehsal edir. Braziliya həm də etanolun ən böyük ixracatçısıdır.

Prezident Buş onun səfərinə etiraz edən altı min nəfərin nümayiş keçirdiyi San Paulaya dünən yetişib. Bəzi nümayişçilərin daş atmağa başlamasılə aksiya zorakılıqlarla müşayət olub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz işlədiilb, bəzilərini dəyənəklə döyüb. Etiraz nümayişləri cənab Buşun bazar günü səfər edəcəyi Kolumbiyada da keçirilib.
Ağ Ev bildirib ki, prezident Buşun Latın Amerikası ölkələrinə altı günlük səfəri xoş məram daşıyaraq, regionda yoxsulluğa qarşı mübarizənin əhəmiyyətini qabartmaq məqsədi daşıyır. Lakin tənqidçilərin fikrincə, səfər daha çox Buş administrasiyasının kəskin tənqidçisi olan Venesuela prezidenti Huqo Çavesin nüfuzunun artması əleyhinə yönəlib.
Braziliya və Uruqvayla yanaşı, prezident Buş Kolumbiya, Qvatemala və Meksikoya da səfər edəcək. Bu ölkələrin hamısının ABŞ-la münasibətləri yaxşıdır.

XS
SM
MD
LG