Accessibility links

Beynəlxalq Amnistiya ana dili günü məhbusları barədə təcili tədbir kampaniyasına başlayıb


Martın 9-da Beynəlxalq Amnistiya Təşkilatı 21 fevral ana dili günü nümayişləri ilə bağlı həbs olunan fəallar – İsmayıl Cavadi, Əbülfəz Əlilu, Ramin Sadiqi, Qəhrəman Qənbərpur, Adil Allahverdipur, Cəlil Qənilu, Səfərəli Xoini və Cəfər Həqnəzəri ilə bağlı təcili tədbir kampaniyası başlayıb.

Sənəddə adı çəkilən şəxslərin dil hüquqlarının bərpasını tələb etdikləri üçün həbs olunduqları bildirirlər. Bəyanatda həmçiinin qeyd edilir ki, Beynəlxalq Amnistiya təşkilatına beynəlxalq ana dili günü nümayişləri ilə əlaqədar yüzdən artıq azərbaycanlı fəalın həbsi barədə məlumat daxil olub. Onlardan 25-inin yalnız Nəqədeh şəhərindən olduğu qeyd edilir.

Ərdəbildə həbs olunan 20 fəaldan biri Ramin Sadiqi azadlığa çıxıb. Fəalın azad olunması Beynəlxalq Amnistiya təşkilatının onun haqqında təcili tədbir kampaniyasına başlamasından bir neçə saat sonraya təsadüf edib. Urmiyəli jurnalist İsmayil Cavadi də həmin gün həbsdən azad edilib.

XS
SM
MD
LG