Accessibility links

Prezident Buş Uruqvayda olub


Latın Amerikasına səfərinin ikinci dayanacağı Uruqvayda olan Cənab Buş bu ölkənin Prezidenti Tabare Vaskeslə ticarət və mühacirət məsələlərini müzakirə edib.

Prezident Buş Uruqvaya ticarət haqqında danışıqlar keçirməyə getsə də Uruqvaylı həmkərı ilə birgə təşkil etdiyi mətbuat konfransında ona verilən sualların çoxu Venezuellanın prezidenti Hüqo Şavez Haqqındaydı. Venezuella prezidenti Dünən Argentinanın Boenos Aires şəhərində Amerika əleyhinə təşkil edilən nümayişə başçılıq edib. Prezident Buş isə deyib ki, o Cənubi Amerika diplomatiyasında sakit yanaşma tərzinə üstünlük verir.

ABŞ Prezidentinin Beş Latın Amerikası ölkəsinə bir həftəlik səfərinin məqsədi demokratik hökumətlərin yoxsullara yardımı nəzərdə tutan proqramları həyata keçirməyinə kömək etməkdir. Tibbi sığorta kimi sosial xidmətlərdə Latın Amerikasında xeyli inkişaf etmiş Uruqvay Birləşmiş Ştatlarla ticarət əlaqələrini genişləndirmək istəyir.

Prezident Buş radiodan həftəlik müraciətində deyib ki, Latın Amerikasındakı yoxsulluq regionda bəzilərinin demokratiyanı sual altına qoymasına səbəb olub. Cənab Buş bildirib ki, regiondakı yeni demokratiyalarda çoxlu vətəndaş yoxsulluq səbəbilə lazımı şəkildə təhsil ala bilmir və sağlamlıq xidmətlərindən istifadə edə bilmir. O deyib ki, bu ölkələrin nailiyyətli olması və inkişaf etməsinə kömək Amerikanın maraqları üçün həyatı əhəmmiyət kəsb edir.

Cənab Buş söyləyib ki, ABŞ Qərb yarım kürəsindəki demokratiyalarda ədalət, səmərəlilik və şəffaflıq üçün bu ölkələrin hökumətlərinə yardım edir.

XS
SM
MD
LG