Accessibility links

İraqda  təhlükəsizlik barədə beynəlxalq konfrans öz işinə başlayıb


İraqın baş naziri Nuri əl-Məliki bəyan edib ki, İraqda artan terrorizm və dini zəmində zorakılıqlar, bütün Yaxın Şərqə yayıla bilər. Bu bəyanatı cənab Məliki bu qün, Bağdadda keçirilən təhlükəsizlik məsələləri üzrə reqional konfransdakı açılış nitqində vermişdir.

Bir qünlük konfransda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələrin və həmçinin İraqın qonşuları İran və Suriyanın nümayəndələri iştirak edirlər.

Konfransda çıxış etmiş ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzad reqiondakı ölkələri və beynəlxalq içtimaiyyəti İraqdakı zorakılıqlara son qoymağa yardım etməyə çağıraraq demişdir ki, İraq dövlətinin vahidliyi qonşu ölkələr üçün vacibdir. Konfransdan sonra verdiyi müsahibəsində cənab Xəlilzad İranla danışıqların konstruktiv keçdiyini, İraqın daxili problemlərin həllinə yönəlməsini demişdir.

XS
SM
MD
LG