Accessibility links

BMT Sudan hökumətini gunahlandırıb


BMT-nin insan hüquqları qrupu Sudan hökumətini Darfur regionundakı müharibə cinayətlərinə görə günahlandırıb. Bu gün açıqlanan hesabatda deyilir ki, Sudan hökuməti regionda mülki əhalinin müdafiəsi sahəsində heç bir iş görməyib. Sənəddə hökumətin özünün beynəlxalq cinayətlərdə birbaşa rolu qeyd edilir. BMT-nin hesabatında hökumətin və Cancavid adlanan hərbi qruplaşmanın mülki vətəndaşları hədəf alan kampaniyada iştirak etdiyi bildirilir. Nobel sülh mükafatı laureatı Codi Vilyamsın başçılıq etdiyi qrup bu yaxınlarda Darfirda insan hüquqları sahəsində pozuntuların araşdırılması məqsədi ilə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən regiona ezam edilmişdi.

XS
SM
MD
LG