Accessibility links

İraqda 22 şübhəli ələ keçirilib


İraqdakı koalisiya qüvvələrinin bildirdiyinə görə, Əl-Qaidə və xarici döyüşçülərə dəstək verənlərə qarşı reyd zamanı terrorist olduqlarından şübhələnilən 22 adam nəzarət altına alınıb. Koalisiya rəsmiləri 4 nəfərin Mosul şəhərində İraqın koalisya qüvvələrinə qarşı hücum planlşdıran şəxslər olduqlarını bidlirib. Xarici döyüşçülərin təlimçiləri adlandırılan digər şübhəlilər Həbbaniyyə və Bağdad şəhərlərində saxlanıb. Eyni zamanda ABŞ hərbi dəniz qüvvələrinin bir əsgərinin Əl-Ənbar vilayətində həyata keçirilən əməliyyat zamanı həlak olduğu xəbər verilir.

XS
SM
MD
LG