Accessibility links

Həmas BBC müxbirinin tezliklə azad olunacağına ümid edir


Fələstinin hakim Həmas Partiyası oğurlanmış BBC müxbirinin tezliklə azad olunacağına ümid etdiyini deyib. Hakim islami yaraqlı qrupun sözçüsü Qazi Həmad deyib ki, bu cür işlərlə məşğul olan qruplar fələstin rəsmilərinə məlumdur və məsələ çözülə bilər.

44 yaşlı Alan Conston yaraqlılar tərəfindən Qəzza şəhərində oğurlanıb. BBC bildirib ki, Conston son üç ildə bu şirkət üçün Qəzza zolağından xəbərlər verirdi.

Oğurlanandan bəri müxbirlə heç bir əlaqə qurulmayıb və BBC onun həyatı üçün narahat olduğunu bildirir. Alan Constonun maşını boş qalmış Qəzza şəhərində tapılıb. Cinayətə görə məsuliyyəti üzərinə götürən olmayıb.

XS
SM
MD
LG