Accessibility links

İranda saxlanılan Almaniya vətəndaşı azad edildi


İran sularına qeyri-qanuni daxil olduğuna görə həbs edilən Almaniya vətəndaşı azad edilib. Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer bildirib ki, Donald Klayn adlı həmin şəxs Almaniyanın Tehrandakı səfirliyinə təhvil verilib və yaxın zamanda vətəninə qayıtmalıdır. Qeyd edək ki, Klayn 2005-ci ilin sonunda Birləşmiş Ərəb Əmirlikləri sahillərindən uzaqlaşan qayığında İranın keşikçiləri tərəfindən saxlanmışdı. Onunla bərabər saxlanılan fransız Stefan Lerbier keçən ay azadlığa buraxılmışdı.

XS
SM
MD
LG