Accessibility links

Əl Baradei: Şimali Koreya öhdəliyinə sadiqdir


Şimali Koreyaya iki günlük səfərini başa çatdıran BMT nüvə agentliyinin rəhbəri Məhəmməd Əl Baradei Pxenyanın nüvə silahlarını Koreya yarımadasından yığışdırmaq öhdəliyinə sadiq olduğunu deyib.

Əl Baradei bu gün Pekində jurnalistlərə Şimali Koreya səfərinin faydalı olduğunu deyib. Onun sözlərinə görə, səfər təcrid olunmuş kommunist ölkəsi iləmünasibətlərin yaxşılaşdırılması üçün yol açmaq baxımından faydalı olub.

Əl Baradei Pxenyanı Şimali Koreyanın qanunvericilik daimi komitəsinin vitse prezidenti Kim Yonq Dae il görüşdükdən sonra Pxenyanı tərk edib. Beynəlxalq Nüvə enerjisinə Nəzarət Agentliyinin sözçüsü bildirib ki, Şimali Koreyanın nüvə danışıqlarında baş təmsilçisi Kim Kay Kvan bazar ertəsi Pekində keçiriləcək altıtərəfli danışıqlara hazırlıqla məşğul olduğu üçün Əl Baradei ilə görüşdən imtina edib. Lakin əl Baradei xarici işlər nazirinin müavini və Pxenyanın nüvə enerjisi agentliyinin rəhbəri ilə görüşüb.

XS
SM
MD
LG