Accessibility links

Trans-Balkan neft kəmərinin çəkilməsi barədə müqavilə imzalanıb


Rusiya, Yunanistan və Bolgaristan arasında Trans-Balkan neft kəmərinin çəkilməsi barədə uzun müddətdən bəri gözlənilən müqavilə imzalanıb. Bolgaristanın Burgaz şəhərindən xam neft bu neft kəməri ilə Yunanistanın şimalındakı Aleksandropolis şəhərinə göndəriləcək.

Neft kəməri barədə müqavilə 15 illik yubanmadan sonra bu gün Afinada imzalanıb. 280 kilometrlik kəmərin 2010-cu ildə fəaliyyətə başlaması gözlənilir. Şərhçilər belə bir kəmərin çəkilməsinin Türkiyənin İstanbul və Çanaqqala boğazlarının tranzit yükünü azaldacağını gözləyirlər.Türkiyə Rusiya və Ora Asiya neftinin həmin bogazlardan Tankerlərlə qərbə göndərilməsinin İstanbul və Çanaqqala şəhərləri üçün təhlükə törədəcəyindən narahatdır.

XS
SM
MD
LG