Accessibility links

Xalid Şeyx Məhəmməd Amerikaya qarşı terror hücumlarının məsuliyyətini üzərinə götürüb


ABŞ Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Xalid Şeyx Məhəmməd adlı müttəhim 2001-ci il sentyabrın 11-i terror aksiyalarını planlaşdırdığını etiraf edib. Quantanamo məhbəsində keçirilən dinləmələr zamanı Şeyx Məhəmməd hücumların tam məsuliyyətini daşıdığını bildirib. Amerikanın Müdafiə Nazirliyi bu məlumatı bəzi hissələrini açıqlamadan yayıb. Pakistan əsilli Xalid Şeyx Məhəmməd 1993-cü ildə Nyu-Yorkun Ümumdünya Ticarət Mərkəzi və 200 adamın ölümü ilə nəticələnən 2002-ci ildə İndoneziyanın Bali adasındakı hücuma görə məsul olduğunu etiraf edib. O, 2002-ci ildə Pakistanda griov götürülən Amerika jurnalisti Daniel Pörlün başının kəsilməsinin də məsuliyyətini daşıdığını bildirib.

XS
SM
MD
LG