Accessibility links

İraqla bağlı yeni maliyyə fondu müzakirə edilib


ABŞ-ın Nümayəndələr Palatasının Büdcə Komitəsi İraq müharibəsinin sona çatdırılmasına yol aça biləcək 124 milyardlıq maliyyə fondu məsələsini müzakirə edir. Demokratlar gələn ilin sentyabr ayınadək İraqdakı ABŞ qüvvələrinin vətənə qaytarılmasını nəzərdə tutur. Təsdiq edildiyi təsdirdə sənəd Nümayəndələr Platasında səsə qoyulacaq. Ağ Ev isə ABŞ qüvvələrinin İraqdan çıxarılmasına möhlət qoyan hər bir qanuna veto qoyacağı ilə hədələyib. Senatda keçirilən debatlar zamanı qüvvələrin 2008-ci ilin mart ayında geri qaytarılmasını nəzərdə tutan qətnamə müzakirə edilmişdi. Demokratların nəzarət etdiyi Senata respublikaçıların tarix göstərilməyən əks-qətnaməsi təqdim edilməlidir.

XS
SM
MD
LG