Accessibility links

Dövlət Departamenti: Mahmud Əhmədinejada viza veriləcək


Birləşmiş Ştatların Dövlət Departamenti İran prezidenti Mahmud Əhmədinejadın BMT Təhlükəsizlik Şurasının Tehranın nüvə proqramına həsr olunmuş toplantısında iştirakı üçün viza prosedurunu həyata keçirəcəyini bildirib.

Dövlət Departamentinin sözçüsü Şon Makkormak bildirib ki, ABŞ-ın BMT-yə ev sahibliyi edən bir ölkə olaraq üzərinə götürdüyü öhdəliklərə əsasən Mahmud Əhmədinejada viza veriləcək.

Cənab Əhmədinejad uranın zənginləşdirilməsi proqramını dayandırmayan Tehrana qarşı sanksiyalar üzrə səsvermə keçirilməzdən öncə Şuranın iclasında çıxış etmək barədə xahişini bu həftə bildirib.

Təhlükəsizlik Şurasının 15 üzvünün Əhmədinejada çıxış imkanı vermək barədə bu gün qərar qəbul edəcəyi gözlənilir. Makkormak deyib ki, o, İran prezidentinin bu çıxışdan Təhlükəsizlik Şurası üzvlərinə uranın zənginləşdirilməsi proqramını donduracağını və danışıqlara qayıdacağını bəyan etmək üçün istifadə edəcək.

XS
SM
MD
LG