Accessibility links

Çeçenistan Prezidenti federal rəsmiləri işgəncədə ittiham edir


Rusiyanın separatçı Çeçenistan Respublikasına bu yaxınlarda təyin edilmiş yeni prezident federal rəsmiləri məhbuslara işgəncə verməkdə ittiham edib. Çeçen prezidentinin bu ittihamları Rusiya və beynəxalq insan hüquq təşkilatlarının irəli sürdüyü ittihamlarla üst-üstə düşür. Kremlin himayə etdiyi Ramzan Kadırov bu gün bildirib ki, Rusiya Daxili İşlər Nazirliyinin saxlanma mərkəzində dustaqlar sistematik olaraq işgəncəyə məruz qalırlar. Onun sözlərinə görə regional hüquq mühafizə orqanları Urus Martan qəsəbəsində yerləşən həbsxana ilə bağlı istintaq aparırlar. Kadırov porblemin həll olunmasının mühümlüyünü vurğulayaraq işgəncəni və insan ləyaqətinin tapdanmasını insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib. Cənab Kadırovu prezident vəzifəsinə ayın əvvəlində Rusiya prezidenti Vladimir Putin təyin edib.
XS
SM
MD
LG