Accessibility links

Vaşinqtonda müharibə əleyhdarları və tərəfdarları nümayiş keçirib


Minlərlə nümayişçi bu gün Vaşinqtonbda İraqda müharibənin başlanmasının dördüncü ildönümünü etiraz nümayişi ilə qeyd edir.

Yürüş Vyetnam müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş memorial qarşısında başlayaraq Pentaqonun binasına qədər davam edib. Soyuq havaya baxmayraq nümayişçilər Potomak çayının üzərindəki körpü ilə yürüşü davam etdiriblər.

Nümayişin önündə İraqdan geri dönən əsgərlər və savaşda həyatını itirmiş əsgərlərin ailələri gediblər. Bəzi yürüşçülər prezident Buşa istefa tələbini də səsləndiriblər.

Bəzi Vyetnam müharibəsi veteranları və Corc Buşun tərəfdarları isə etiraz nümayişinin əleyhinə nümayiş üçün Vyetnam müharibəsi qurbanlarına xatirə abidəsinin yaxınlığına toplaşıblar. Onların əlində isə "Ya müharibədə qələbə çal, ya cihadda məğlub ol" və "Güc yolu ilə sülh" kimi şüarlar olub.

Cümə günü axşam Milli Kafedralın qarşısında nümayiş keçirən müharibə əleyhdarları əllərində şam Ağ Evə doğru irəliləyiblər.

Corc Buşun İraq siyasətinin əleyhinə etiraz nümayişlərini müharibə əleyhdarı olan dini qrup - İraq xristian sülh şahidləri birliyi təşkil edib.

XS
SM
MD
LG