Accessibility links

İraqda xlorinli bombalardan zəhərlənənlərin sayı 350yə çatıb


ABŞ hərbi qüvvələrinin bildirdiyinə görə, İraqda müxtəlif intiharçı bomba hücumlarının ardınca 350 nəfər xlorin qazından zəhərlənmə şikayəti ilə xəstəxanalara müraciət edib.

Rəsmilər bildirir ki, bu gün Fəllucədə azı iki intiharçı hücumu zamanı ölümcül kimyəvi maddədən istifadə olunub. Bomba hücumu zamanı iki polisin öldürüldüyü xəbər verilir.

Bu arada ABŞ hərbçilərinin bildirdiyinə görə, Bağdadın şimalında Baquba qəsəbəsində əməliyyatlar zamanı bir koalisiya səsgəri güllə ilə öldürülüb Bağdadın cənubundakı Hillə qəsəbəsində və Mosulda baş verən digər hücumlar zamanı isə 2 polis öldürülüb, üç nəfər yaralanıb.

XS
SM
MD
LG