Accessibility links

Şimali Koreya nüvə danışıqlarından öncə şərtlər irəli sürür


ABŞ və Şimali Koreya rəsmilərinin Makau bankında saxlanılan Pxenyana məxsus milyonlarla dollar vəsaitlə bağlı mübahisəni çözmək yollarına dair fikir ayrılığı var.

Bu mübahisə bazar ertəsi Pekində Şimali Koreyanın nüvə proqramına dair altıtərəfli danışıqların ərəfəsində ortaya çıxıb. Pxenyanın nüvə danışıqlarında baş təmsilçisi Kim Kay Kvan Birləşmiş Ştatlar vəsaitin istifadəsinə qoyulan qadağanı götürməyincə Şimali Koreyanın əsas nüvə obyektini bağlamayacağını deyib.

Lakin ABŞ Xəzinə depoartamentinin təmsilçisi bu məsələnin Birləşçmiş Ştatlara deyil, Makau rəsmilərinə aid olduğunu deyib. ABŞ Xəzinə departamentinin Maliyə cinayətləri və terrorçuların maliyyələşdirilməsi üzrə rəis yardımçısı Denil Qlaser məsələni Makau rəsmiləri ilə müzakirə edib.

ABŞ-ın danışıqlarda baş təmsilçisi Kristofer Hill dondurulmuş vəsaitlər məsələsinin danışıqların gedişinə mənfi təsir edəcəyinə inanmadığını bildirib. Hill deyib ki, o vəsaitlərlə bağlı məsələnin tez bir zamanda həllinə inandığını bildirib. Makau Şimali Koreyaya məxsus 24 milyon dollar vəsaiti Vaşinqtonun bu ölkəyə məxsus Banko Delta Asiyaya 2005-ci ildə sanksiyalar qoymasından sonra dondurub. Sanksiyalar Şimali Koreyaya məxsus pulların yuyulmasına şərait yaratmaq ittihamı ilə bağlı idi.

XS
SM
MD
LG