Accessibility links

İtaliyalı jurnalist qəbilə başçılarına təhvil verilib


Əfqanıstanın Taliban hərəkatı bir qədər əvvəl oğurlanmış italiyalı jurnalisti bir qrup qəbilə başçısına təhvil verdiyini bildirib. Özünü Taliban sözçüsü kimi təqdim edən şəxs əfqan rəsmilərinin Talibanın iki rəhbər üzvünü azadlığa buraxmasından sonra Daniele Mastrociakomo və onun əfqan tərcüməçisinin üçüncü tərəfə ötürüldüyünü bidlirib.

İtaliya hökuməti xəbərin hələ dəqiqləşdirilmədiyini və La Republika qəzetinin müxbiri Mastrociakomonun azad edildiyinə yalnız onun sağ salamat italyan rəsmilərinin ixtiyarında olan zaman inanacaqlarını bildiriblər.

Mastrociakomo və onun iki əfqan həmkarı bu ayın əvvəlində Taliban yaraqlıları tərəfindən Əfqanıstanın Helmənd vilayətində girov götürülmüşdülər. Talibanın Mastrociakomonun Britaniya əsgərlərinin xeyrinə casusluq etdiyi barədə iddialarını onun qəzeti rədd edib.

XS
SM
MD
LG