Accessibility links

Kocaelidə partlayış planlaşdıranlar ələ keçirilib


Türkiyənin yarı-rəsmi Anadolu Xəbər Agentliyinin verdiyi məlumata görə, Kosaeli şəhərində sənayə kompleksini partlatmağı planlaşdıran 12 adam həbs edilib. Kürd üsyançıları olduqlarından şübhələnilən həmin şəxslər İstanbul və Kocaelidə təşkil edilən reydlər nəticəsində ələ keçiriliblər. Türkiyə polisi reydlər zamanı 12 kilograma yaxın plastik partlayıcı maddə və saxda sənədlərin də ələ keçirildiyini bildirib. Həmin həbslər Novruz tədbirlərindən bir neçə gün öncəyə təsadüf edir. Türkiyədə kürd üsyançıları ənənəvi olaraq Novruz bayramı zamanı nümayişlər keçirir və buna görə də polislə qarşıdurma baş verir.
XS
SM
MD
LG