Accessibility links

Fələstinli jurnalistlər tətil elan edib


Fələstinli jurnalistlər keçən həftə Qəzzada britaniyalı jurnalistin oğurlanmasına etiraz olaraq 24 saatlıq tətil elan ediblər. Jurnalistlərin Həmkarlar İttifaqı jurnalist Alan Consonun tezliklə azad edilməsini tələb ediblər. Dünən BBC əməkdaşının taleyindən dərin narahtlığını bildirmişdi. Şirkət vəziyyətə müdaxilə edə bilən hər bir kəsdən Consonun azadlığa buraxılması üçün nüfuzundan istifadə etməyə çağırmışdı. BBC şirkətinin müxbiri Alan Conson mart ayının 12-dən etibarən yoxa çıxıb.

XS
SM
MD
LG