Accessibility links

Nümayəndələr Palatası qoşunların İraqdan çıxarılması ilə bağlı debatlara başlayıb


ABŞ Nümayəndələr Palatası gələn il ABŞ qoşunlarının İraqdan çıxarılması ilə bağlı debatlara başlayıb. Palatanın təqdim etdiyi 124 milyard dollarlıq qətnamə layihəsi İraq və Əfqanıstandakı hərbi əməliyyatları maliyyələşdirməklə yanaşı ABŞ qoşunlarının ən geci 2008-ci ilin sentyabrında İraqdan çıxarılmasını tələb edir. Prezident Buş hər hansı belə bir layihəyə veto qoyacağını bildirib. Gərək layihə əvvəlcə Nümayəndələr Palatasının və Senatın dəstəyini qazana.

Respublikaçı conqresmenlər bildiriblər ki, onlar bu layihəni rədd edəcəklər, ona görə ki, o, İraqda ABŞ hərbi liderlərinin əl-qolunu bağlayır. Demokratlar isə layihəni təsdiq edə biləcəklərinə inanırlar.

XS
SM
MD
LG