Accessibility links

Rusiyanın ən qocaman partiyasının qeydiyyatı ləğv edilib


Rusiyanın Ali Məhkəməsi ölkənin ən qocaman müxalifət partiyasının qeydiyyatını ləğv edib. Respublikaçılar partiyasının bağlanması haqqında qərar üçün onun üzvlərinin azlığı əsas gətirilib.

Federal Qeydiyyat Xidmətinin nümayəndəsi bildirib ki, partiya 2004-cü ildə qəbul olunan siyasi partiyalar haqqında qanunun minimum 50 min üzvə malik olma tələbinə cavab vermir və regionlarda kifayət qədər təmsil olunmayıb.

Respublikaçılar Partiyasının lideri, Putinin əleyhdarlarından sayılan Vladimir Rıjkov partiya üzvlərinin sayının 58 min olduğunu və qərardan şikayət veriləcəyini deyib.

XS
SM
MD
LG