Accessibility links

ABŞ prezidenti Nümayəndələr Palatasının təsdiqlədiyi layihənin heç zaman qanuna çevrilməyəcəyini deyir


ABŞ prezidenti Corc Buş və onun demokrat müxalifləri həftəlik radiomüraciətlərini mübahisəli məsələyə - İraqdan qoşunların çıxarılması üçün 2008-ci ilin Avqustunu son tarix olaraq müəyyənləşdirən qanuna həsr ediblər.

Demokratların müraciətini səsləndirən konqresmen Pol Hods qanunun həm İraqdakı müharibə üçün vəsait ayırdığını və qoşunların geri dönməsi vaxtını müəyyənləşdirdyini deyib.

Prezident Buş isə ənənəvi həftəlik radiomüraciətində heç vaxt qanuna çevrilməyəcək layihəyə səs verməklə demokratların İraqdakı qoşunlara yönələcək vəsaiti yubatmağa çalışdıqlarını bildirib. O, sənədi veto edəcəyini dəfələrlə bildirib.

Prezident Buş həmçinin çıxışında səkkiz prokuroru işdən çıxardığına görə Konqresin istefa tələbi ilə üzləşən baş prokuror Alberto Qonsalesə yenidən dəstəyini ifadə edib. məsələnin böyük bir tamaşaya çevrilməsinə təəssüfləndiyini deyərək Konqres üzvlərini bu məsələdən əl çəkərək qanunvericiliklə bağlı işlərinə dönməyə çağırıb.

XS
SM
MD
LG