Accessibility links

İran BMT-nin Təhlükəsizlik Şurasının tələblərini rədd edib


İran Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsinin dayandırılması tələblərini bir daha rədd edib. İranın xarici işlər naziri Mənuçehr Mottaki bildirib ki, Təhlükəszik Şurasının sonuncu sanksiyaları qanunsuz olmaqla yanaşı, İranı nüvə fəaliyyətlərini dayandırmağa məcbur edə bilməyəcək. Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Haviyer Solana bu gün İranla nüvə silahlarının inkişafına dair müzakirələrin bərpa ediləcəyinə ümid bəslədiyini deyib.

XS
SM
MD
LG