Accessibility links

İsrailin baş naziri ərəb ölkələrinin sammitində iştirak etməyə hazırdır


İsrailin baş naziri Ehud Olmert regional ərəb sammitinə dəvət edildiyi təqdirdə tədbirdə iştirak edəcəyini deyib. O, sammitə dəvətin müsbət addım olacağını deyib. İsrailin baş naziri bunları Qüdsdə BMT-nin baş katibi Ban Ki Munla birgə təşkil edilən mətbuat konfransı zamanı deyib. Yaxın Şərqdə səfərdə olan ABŞ dövlət katibi Kondolizza Rays bu gün Əmmanda İordaniya kralı Abdulla və Fəlsətin prezidenti Mahmud Abbasla görüş keçirib. Xanım Rays bundan sonra Qüdsə qayıdıb, İsrailin baş naziri Ehud Olmertlə müzakirələri davam etdirəcək. Dövlət katibinin İsrail və Fələstin arasındakı ən mürəkkəb məsələlərə dair danışıqlar proqramını açıqlayacağı gözlənilir.

XS
SM
MD
LG