Accessibility links

ABŞ Senatında debatlar keçirilir


Bu gün ABŞ Senatında müharibə xərcləri və Amerika qüvvələrinin gələn ilin mart ayı İraqdan çıxarılmasına dair debatlar başlayıb. Nümayəndələr Palatasında ötən cümə günü İraq və Əfqanıstandakı hərbi əməliyyatlara fondlar ayrılması və ABŞ qüvvələrinin 2008-ci ilin avqust ayı İraqdan çıxarılmasını nəzərdə tutan qanun təsdiq edilib. Senatın müharibə fondlarına dair digər planı bu həftə səsə qoyacağı gözlənilir. Beləliklə hər iki təklifin uzlaşdırılaması tələb olunacaq. ABŞ prezidenti Corc Buş müharibə səlahiyyətlərini məhdudlaşdıran hər bir sənədə veto qoyacağını bildirib.

XS
SM
MD
LG