Accessibility links

ABŞ-ın İraqdakı səfirinin vəzifə müddəti başa çatıb


ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzad İraqdakı sünnü yaraqlılarla ölkədə siyasi proseslərə dair müzakirələr aparıb. Bu gün səfir Bağdadda təşkil edilən mətbuat konfarsında deyib ki, müzakirələrin məqsədi Əl-Qaidəni İraqda təcrid etmək idi.

O, müxtəlif qrupların barışığı və yeni İraqın təsisində iş birliyinin yaradılmasının qarşıya məqsəd qoyuldugunu bildirib. New York Times qəzetində dərc edilən müsahibədə Zalmay Xəlilzad deyib ki, müxtəlif qrupların nümayəndələri ilə müzakirələr keçən ilin əvvələri, İraq seçkilərindən sonra başlayıb. Görüşlərin bəzisi qonşu İordaniyada keçirilib. Xəlilzad danışıqların təfərrüatına varmayıb. 21 ay ABŞ-ın İraqdakı səfiri vəzifəsində çalışan Zalmay Xəlilzad bu həftə İraqı tərk etməlidir. Xatırladaq ki, prezident Buş cənab Xəlilzadı ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizəd göstərib.

XS
SM
MD
LG