Accessibility links

İranın nüvə proqramı ilə bağlı müzakirələr davam etdiriləcək


Avropa İttifaqının Xarici Siyasət Şöbəsinin rəhbəri Haviyer Solana İranın nüvə müzakirəçisi Əli Laricani ilə nüvə proqramı ilə bağlı mübahisələrin həlli məqsədi ilə danışıqların davam etdirilməsi barədə razılıq əldə edildiyini bildirib. Haviyer Solana İranın nüvə müzakirəçisi ilə razılığın dünən telefon söhbəti zamanı əldə edildiyini deyib. Avropa İttifaqının Xarici Siyasət Şöbəsinin sözçüsü tərəflərin yaxın gələcəkdə yenidən danışacaqlarını bildirib. İranla bağlı gərginliklərin artdığı vaxt ABŞ-ın hərbi dəniz qüvvələri İraqın işğalından sonra ilk dəfə İran körfəzində genişmiqyaslı hərbi təlimlər həyata keçirir.

XS
SM
MD
LG