Accessibility links

Britaniya İranla münasibətləri dondurduğunu bildirib


Britaniya hökuməti Tehran 15 dənizçini azad etməyənə qədər İranla bütün məsələlərdə münasibətləri dondurduğunu bildirib. Britaniyanın xarici işlər naziri Marqaret Bekett yeni siyasi xətti bu gün parlamentdə çıxışı zamanı elan edib.

İran bildirib ki, iki ölkə 15 britaniyalının azad edilməsilə bağlı böhranı əməkdaşlıq yolu ilə həll edə bilər. İranın xarici işlər naziri Mənüçehr Möttəki deyib ki, saxlanılanlar arasında olan bir qadın ya bu gün, ya da cümə axşamı azad ediləcək.

Bundan öncə Britaniyanın vitse admiralı Çarlz Stayl dənizçilərin həsb olunarkən İraqın su hövzəsi daxilində olduğunu sübut edən peyk vasitəsilə çəkilmiş görüntüləri nümayiş etdirib. İran britaniyalıların İran sularında həbs olunduğunu deməyə davam edir.

Britaniyanın baş naziri Toni Bleyr 15 nəfərin həbsinin tamamilə qəbuledilməz, səhv və qeyri-qanuni olduğunu bildirib.

XS
SM
MD
LG