Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Özbəkistan rəsmilərini tənqid edib


Jurnalistləri Müdafiə Komitəsi Özbəkistan rəsmilərini jurnalist Natalya Başuyevaya qarşı cinayət işi qaldırdıqlarına görə tənqid edərək, işə xitam verməyə çağırıb. Prokurorlar Döyçe Velle şirkətində çalışan Buşuyevaya qarşı vergilərdən yayınmaq və müvafiq akkreditaiysa əsasında işləməməklə bağlı ittihamlar irəli sürüblər.

Qərargahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, Buşuyeva 2006-cı ildə xarici ölkələr tərəfindən maliyyəşdirilən Media qurumlarında çalışan özbək vətəndaşlarınının akkreditə olunmasını tələb edən qanunla cinayət işi qaldırılmış ilk jurnalistdir.

XS
SM
MD
LG