Accessibility links

İran Britaniya əsgərlərini təhrikçilikdə ittiham edir


İran Bəsrə şəhərindəki konsulluğunun Britaniya əsgərləri tərəfindən mühasirəyə alındığını və əsgərlərin havaya atəş açdığını bildirir. Britaniya isə 15 dənizçisinin ələ keçirilməsi ilə yaranmış gərginlik vaxtına tədadüf edən bu iddianı rədd edərək, atışmanı əsgərlərin pusquya salınması və onların cavab atəşi açması ilə izah edib. İranın baş konsulu Məhəmməd Reza Nasir Bağban Britaniya qüvvələrinin bu addımını təhrikçilik kimi giymətləndirib. Britaniyanın Bəsrədəki hərbi qüvvələrinin bəyanatında İranın konsulluğuna qarşı heç bir təcavüzkarlığa yol verilmədiyi deyilir.

XS
SM
MD
LG